Müdafiə Nazirliyi: Təxribat törətmək istəyən düşmən itki verərək geri çəkilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Təxribat törətmək istəyən düşmən itki verərək geri çəkilib – FOTO

15:57 - 04 / 03 / 2016
Müdafiə Nazirliyi: Təxribat törətmək istəyən düşmən itki verərək geri çəkilib – FOTO

Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, martın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra düşmən itki verərək geri çəkilməyə məcbur edilib. 

Hadisə yerində düşmənə məxsus iki ədəd mina, iki ədəd qumbara və istifadə etmək istədikləri qana bulaşmış ləvazimatlar aşkar olunub.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

1news.az

Paylaş:
885

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər