Bakıda NATO-nun mobil qrupu tərəfindən təlim kursu təşkil edilib-FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda NATO-nun mobil qrupu tərəfindən təlim kursu təşkil edilib-FOTO

16:12 - 04 / 03 / 2016
Bakıda NATO-nun mobil qrupu tərəfindən təlim kursu təşkil edilib-FOTO

NATO-nun Quru Qoşunları İzmir komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda "NATO standartlarına uyğun kəşfiyyatla tanışlıq" mövzusunda kurs təşkil edilib.

1news.az Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim kursu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində MN və DTX nümayəndələrinin birgə iştirakı ilə keçirilib.

İştirakçılara operativ və taktiki səviyyədə "Döyüş sahəsinin hazırlığı", "Məlumatların toplanılması, təhlili və ötürülməsi" və digər mövzularda mühazirələr təqdim olunub, eləcə də praktiki vərdişlərin artırılması məqsədilə sülhməramlı əməliyyatlar ssenarisinə uyğun komanda-qərargah məşqləri keçirilib.

1news.az

Paylaş:
717

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər