Milli Məclis İnzibati Xətalar Məcəlləsi ilə bağlı Prezidentin təklifini qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclis İnzibati Xətalar Məcəlləsi ilə bağlı Prezidentin təklifini qəbul edib

20:52 - 04 / 03 / 2016
Milli Məclis İnzibati Xətalar Məcəlləsi ilə bağlı Prezidentin təklifini qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi İnzibati Xətalar Məcəlləsi ilə bağlı Prezidentin təklifini qəbul edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul olunmuş “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununu imzalamadan 2016-cı il fevralın 15-də Milli Məclisə geri qaytarıb.

Milli Məclisin sədri Azərbaycan Respublikası Prezidentinin qaytardığı “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikası Milli Məclisinin Daxili nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəyinə göndərib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi 2016-cı il fevralın 17-də keçirdiyi iclasda bu məsələyə baxaraq “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifinin qəbul edilməsini Milli Məclisə təklif edib.

Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Milli Məclisinin Daxili nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununun məqsədəuyğun olmaması barədə təklifi qəbul edilsin”.

1news.az

 

Paylaş:
769

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər