“Washington Times” Dağlıq Qarabağ prosesinin irəliləməsi istiqamətində Obamanın əlinə düşən nadir şans haqqında | 1news.az | Xəbərlər
Siyasət

“Washington Times” Dağlıq Qarabağ prosesinin irəliləməsi istiqamətində Obamanın əlinə düşən nadir şans haqqında

12:07 - 04 / 03 / 2016
“Washington Times” Dağlıq Qarabağ prosesinin irəliləməsi istiqamətində  Obamanın əlinə düşən nadir şans haqqında

31 mart tarixində Vaşinqtonda keçiriləcək Nüvə təhlükəsizliyi üzrə V Sammitdə ABŞ prezident Barak Obama qlobal məslələrdə razılıq əldə etmək, həm də Dağlıq Qarabağ münaqişəsinin həllində liderliyi ələ almaq imkanı qazanır.

1news.az-ın xəbərinə görə, bu barədə "Caspian Group Holdings"in icraçı direktoru Rob Sobhaninin "The Washington Times"da dərc olunan məqaləsində deyilir.

“Dünya liderlərinin quldur dövlətləri və terrorçu qruplaşmaları nüvə silahlarından necə uzaq tutmaqla bağlı müzakirələr aparacağı bir vaxtda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi prezident Barak Obamaya sovetlərin dağılmasından sonra qalan ən narahatedici münaqişələrdən birinin həllində aparıcı rol oynamağa imkan verir”,- deyə müəllif qeyd edir.

Yazıda qeyd edilir ki, ABŞ Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədrlər instititunu formalaşdırmaqla, münaqişənin həllinə cavabdeh ölkələrdən biridir. “Moskva Ermənistanla özününkü kimi rəftar edir və Ermənistana hərbi yardım göstərərək münaqişənin uzanmasına səbəb olur. Vaşinqtonun isə Yaxın Şərqə başı çox qarışıb. Prezident Obama Ermənistan və Azərbaycan arasında daimi ədalətli həllin tapılması istiqamətində diplomatik təşəbbüs başladaraq hər iki tərəf üçün yeni başlanğıca imza ata bilər. Erməni soyqırımını tanıyan dövlətlərdən biri olaraq Fransa ABŞ-ın diplomatik təşəbbüslərinin dəstəklənməsində aparıcı rol oynaya bilər. Əslində Vaşinqton və Paris Ermənistanı qonşusu ilə davamlı sülhə çağıraraq vicdanlı vasitəçi rolunda çıxış edir".

Müəllif qeyd edir ki, Ermənistan və Azərbaycan arasında kommersiya əlaqələri milyonların həyatına birbaşa təsir edə bilər. Onun sözlərinə görə, Obama hər iki liderlə Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qüvvələrini çıxaracaq bir plan üzərində işləməlidir: “Obama həm Azərbaycan, həm də Ermənistan rəhbərliyini inandırmalıdır ki, ABŞ onlara arxasını çevirməyəcək və işlək həll yolu hər iki xalqı qane edə, onların vətəndaşlarına sülh içində yaşamağa imkan verə və dünyanın ən çətin bölgələrindən birində yaxşı qonşular olmaq üçün etimadı gücləndirə bilər”.

Paylaş:
836

Son xəbərlər

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıbBu gün, 19:08Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilibBu gün, 17:58Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıblarBu gün, 17:45Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 17:31Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıbBu gün, 17:12Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilibBu gün, 16:52Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı varBu gün, 16:32“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıbBu gün, 16:22Mehriban Əliyeva: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıramBu gün, 16:07Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunubBu gün, 15:22ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçibBu gün, 14:48Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salınıbBu gün, 14:31Heydər Əliyev Beynəlxalq Aeroportu Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı çərçivəsində 2-ci səviyyəyə nail olubBu gün, 14:19ROG Zephyrus G16: Misilsiz təsvir keyfiyyəti və süni intellektin gücü kompakt formatda - FOTOBu gün, 14:16MSK növbədənkənar parlament seçkilərinə yekun vurubBu gün, 14:01“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi - FOTOBu gün, 13:16Bakıda daha bir marşrut xəttinin hərəkət sxemində dəyişiklik olunubBu gün, 13:10Yağış yağacaq, külək əsəcək - PROQNOZBu gün, 12:5522 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıbBu gün, 12:49Məzahir Pənahov: “Artıq bizim icraatımızda olan müraciət qalmayıb“Bu gün, 12:39
Bütün xəbərlər