Məşhur fud-bloqer Səba istehlakçılarına reseptlər hazırlayır
Həm evdar xanımlar, həm də subay və yemək bişirmək barədə təsəvvürü az olanlar üçün faydalı bir xəbərimiz var.
Səba toyuq məhsullarını “izləyin!” Bunu məşhur food-blogger Fərhad Aşurbəyli deyir. Çünki bloqer və həvəskar aşpazın dünya mətbəxindən təqdim etdiyi toyuq reseptləri tezliklə Səba toyuq məhsullarının üzərində olacaq.
Fərhad Aşurbəylinin yeni layihəsinin məqsədi faydalı toyuq ətindən çeşidli reseptləri hər bir azərbaycanlı ailəsinin mətbəxinə gətirməkdir.
“Toyuq əti faydalıdır və bu faktla heç kim mübahisə edə bilməz. Bundan başqa, toyuq əti həm də sərfəlidir. Lakin təəssüf ki, tez-tez “toyuq ətindən fərqli yeməklər bişirmək olmur” fikirlərini eşidirik. Səba ilə birgə başladığımız bu layihədə Səba-dan toyuq məhsulu alan hər kəs üzərində ondan nə bişirmək ideyası da alacaq. Özü də dəqiq resepti ilə birlikdə. Ümid edirəm ki, bu, həm də ailələrin belə bir vaxtda qənaətcilliyinə səbəb olacaq, onları aldıqları hər bir tikədən ləzzətlə istifadəyə sövq edəcək” – Fərhad Aşurbəyli yeni layihəsini belə xarakterizə edib.
Səba ilə məşhur bloqerin layihəsi yaxın günlərdə marketlərin piştaxtalarında olacaq.