Azərbaycan Prezidentinin və Macarıstanın Baş nazirinin geniş tərkibdə görüşü olub | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidentinin və Macarıstanın Baş nazirinin geniş tərkibdə görüşü olub

13:51 - 06 / 03 / 2016
Azərbaycan Prezidentinin və Macarıstanın Baş nazirinin geniş tərkibdə görüşü olub

Martın 6-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Prezident İlham ƏLİYEV Macarıstanın Baş naziri Viktor Orbanın respublikamıza rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, ölkələrimiz münasibətləri bütün istiqamətlərdə daha da genişləndirmək niyyətindədirlər.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətləri dinamiklik və qarşılıqlı anlaşma fərqləndirir, Baş nazir Viktor Orbanın respublikamıza rəsmi səfəri ölkələrimiz arasında siyasi əlaqələri daha da möhkəmləndirəcək. Dövlətimizin başçısı ölkələrimizin işgüzar dairələrinin daha fəal çalışacaqlarına ümidvar olduğunu bildirdi. Səfər zamanı Azərbaycan ilə Macarıstan arasında bir neçə konkret razılaşmanın imzalandığını deyən Prezident İlham Əliyev qeyd etdi ki, düşünürəm, bu cür razılaşmalar daha çox olacaq.

Bizim üçün Macarıstan yaxın, dost dövlətdir və biz istərdik ki, iqtisadi əlaqələr münasibətlərimizin siyasi səviyyəsinə uyğun olsun. Eləcə də kənd təsərrüfatı, energetika, yüksək texnologiyalar sahələrində də yaxşı perspektivlər var. Dövlətimizin başçısı bildirdi ki, biz ölkəmizə Macarıstandan investisiyaların yatırılmasında da maraqlıyıq. İstərdik ki, Azərbaycanın özünün maliyyələşdirdiyi layihələrdə daha çox macar şirkətləri iştirak etsinlər. Son bir ildə Macarıstan məhsullarının Azərbaycana ixracının artdığını deyən Prezident İlham Əliyev bu ölkənin şirkətlərinin respublikamızda müxtəlif infrastruktur, tikinti və kənd təsərrüfatı layihələrində iştirak etdiklərini vurğuladı.

Dövlətimizin başçısı əminliyini bildirdi ki, səfərin yekunlarına görə iqtisadiyyat və biznesdə əməkdaşlıq potensialını daha da artırmaq məqsədilə müvafiq qurumlara yeni tapşırıqlar veriləcək. İqtisadi sahədə bütün səyləri əlaqələndirən Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyətini qeyd edən Prezident İlham Əliyev Baş nazir Viktor Orbanın rəsmi səfərinin ölkələrimizi daha da yaxınlaşdıracağına və çox yaxşı nəticələrə təkan verəcəyinə əminliyini vurğuladı.

Ölkəmizə rəsmi səfərə dəvətə görə minnətdarlığını bildirən Baş nazir Viktor ORBAN qeyd etdi ki, biz hər il şəxsən görüşürük, Sizə Macarıstana son səfərinizə görə təşəkkür edirik. Düşünürəm ki, ortaq işlərimizin sayı artığına görə ildə bir dəfə yüksək səviyyədə görüşlər keçirmək yaxşı olardı. Çünki mən görürəm ki, bizim istənilən görüşümüz həm mədəni, həm də iqtisadi sahələrdəki fəaliyyətimizə təkan verir.

“İnsan sözə əsaslanaraq dərk edir” macar atalar sözü istinad edən Baş nazir Viktor Orban xüsusi vurğuladı ki, biz görüşəndə hamı anlayır ki, bu, mühüm görüşdür. Biz çox intensiv və əhəmiyyətli inkişafı qeyd edə bilərik. Bu, xüsusilə kənd təsərrüfatı sahəsində daha çox bilinir. Mən Sizə, cənab Prezident, bu sahədə təcrübəmizi təklif etmək istəyirəm. Bu məqsədlə Azərbaycandan ekspertlərin, peşəkarların gəlişini gözlədiklərini deyən Baş nazir Viktor Orban təcrübələrini böyük məmnuniyyətlə Azərbaycan ilə bölüşməyə hazır olduqlarını bir daha vurğuladı.

Görüşdə, həmçinin nəqliyyat, energetika, kənd təsərrüfatı, su təchizatı, informasiya-kommunikasiya texnologiyaları, şəhər təsərrüfatı və infrastruktur sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

President.az

Paylaş:
815

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər