Azərbaycan və Macarıstan şirkətləri əməkdaşlığa dair anlaşma memorandumları imzalayıblar - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və Macarıstan şirkətləri əməkdaşlığa dair anlaşma memorandumları imzalayıblar - FOTO

12:27 - 06 / 03 / 2016
Azərbaycan və Macarıstan şirkətləri əməkdaşlığa dair anlaşma memorandumları imzalayıblar - FOTO

Azərbaycan və Macarıstan arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Ölkələrimiz qeyri-neft məhsullarının ixracı, investisiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq edə bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər martın 6-da Macarıstanın Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda keçirilmiş Azərbaycan-Macarıstan biznes forumunda səsləndirilib. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutub.

Bakı Biznes Mərkəzində təşkil edilmiş tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan və Macarıstanın sənaye, kənd təsərrüfatı, İKT, tikinti, enerji, turizm, əczaçılıq, təhsil, aviasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.

İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev çıxış edərək Azərbaycan və Macarıstan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, keçirilən görüşlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb. Bildirilib ki, bu əlaqələr hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Macarıstan arasında Hökumətlərarası Komissiya əməkdaşlığın inkişafında əhəmiyyətli rola malikdir. İndiyədək iqtisadi sahə də daxil olmaqla, 40-a yaxın sənəd imzalanıb. Bu ilin martından etibarən Bakı-Budapeşt-Bakı reysi üzrə təyyarə uçuşları bərpa edilib. Səhiyyə, turizm, İKT, su təchizatı sahələrində də əməkdaşlıq uğurla davam edir. Bununla bərabər, müqavilə-hüquqi bazanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Azərbaycan iqtisadiyyatı, ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verən Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycan və Macarıstan qeyri-neft məhsullarının ixracı, investisiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq edə bilərlər.

Macarıstanın xarici işlər və ticarət naziri, Birgə Komissiyanın həmsədri Piter Siyarto ölkəsinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Bildirilib ki, Azərbaycan Macarıstanın strateji tərəfdaşıdır. Bu yaxınlarda Bakı və Budapeşt arasında birbaşa uçuşlara başlaması dövlət başçılarının birgə səylərinin nəticəsidir. Bu günkü biznes forumda çoxlu sayda iş adamının iştirakı əlaqələrin inkişafına verilən önəmin daha bir göstəricisidir. Piter Siyarto ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edib, investisiya qoyuluşunun artırılmasının, İKT və xidmət kimi sahələrdə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb. Bundan başqa, su təchizatı və aqrar sahənin də əməkdaşlıq üçün mühüm istiqamətlər olduğu vurğulanıb.

Biznes forum çərçivəsində Azərbaycanın “RR Şirkətlər Qrupu” və Macarıstanın “Project Service Venture” şirkəti, Azərbaycanın “Sinam” və Macarıstanın “Toll Service” şirkəti, yerli “Komtec” şirkəti ilə Macarıstanın “European Parking System” şirkəti, Azərbaycanın “East Stream” və Macarıstanın “Umirs Europe” şirkətləri arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.

Paylaş:
718

Son xəbərlər

AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56
Bütün xəbərlər