Öz övladınız üçün necə bir gələcək arzulayırsınız? | 1news.az | Xəbərlər
Cəmiyyət

Öz övladınız üçün necə bir gələcək arzulayırsınız?

12:52 - 07 / 03 / 2016
Öz övladınız üçün necə bir gələcək arzulayırsınız?

Hər bir valideyn öz övladı üçün uğurlu və xoşbəxt gələcək arzulayır. Bəzi vaxtlarda buna maddi imkan, bəzi vaxtlarda isə məhdud məlumata malik olmaq mane olur. Çox yaxşı haldır ki, indi Azərbaycanda təhsildən çox danışılır və daha çox sayda valideyn öz övladlarının uğurlu gələcəyinin məhz keyfiyyətli təhsil ilə bağlı olduğunu başa düşür və illik gəlirlərinin əhəmiyyətli bir hissəsini öz övladlarının təhsilinə investisiya edir.

1news.az-ın verdiyi xəbərə görə, British Council daima Britaniya təhsil sistemi haqqında faydalı məlumatları paylaşır ki, bu investisiyanı övladlarının Britaniyada keyfiyyətli təhsil ala bilməsinə yönəltmək istəyən valideynlər Birləşmiş Krallıqdakı təhsil sistemi ilə bağlı məlumatları məhdud olmasın.

Hazırda təqdim etdiyimiz məlumat 2015-ci il Birləşmiş Krallıqdakı 30-dan artıq özəl məktəb arasında keçirilmiş sorğunun nəticələri əsasında hazırlanıb. Sorğuda özəl məktəblərdən hansı cəhətlərinə görə tələbələr və onların valideynləri məhz onlara üstünlük verməlidir soruşulub. Böyük məmnuniyyətlə özəl məktəblərin ən çox qeyd etdiyi 10 cavabı sizə təqdim edirik:

1) Kiçik siniflər və az tələbə sayı - Britaniyanın özəl məktəblərində sinifdəki uşaqların sayı çox az olur. Belə mühitdə müəllimlər öz şagirdlərini yaxından tanıya bilir ki, bu da şagirdlərin potensialının üzə çıxarılmasında çox vacibdir. Son illər özəl məktəblərdə 1 müəllimə ortalama 9 şagird düşür.

2) Britaniyadan olan tələbələrlə dostlaşmaq - Dünyanın müxtəlif ölkələrindən olan tələbələrin birdən-birə britaniyalı şagirdlər mühitinə düşməsi qəribə görünsə də, məktəblərdə təşkil edilən sosial proqramlar şagirdlərin qeyri-dərs mühitində də bir-birilə daha sıx dostlaşmasına imkan yaradır. Belə dostluqlar ingilis dilini təkmilləşdirməyə, Britaniya həyat tərzini daha yaxından tanımağa imkan verir.

3) Hər bir tələbəyə fərdi yanaşma - Demək olar ki, bütün özəl məktəblər bu xüsusiyyəti özlərinin ən vacib xüsusiyyəti kimi qeyd edirlər. İstər dərs şəraitində, istərsə də şagirdlərin yaşadığı ərazidə hər bir uşağa fərdi yanaşma imkan verir ki, onların ən xırda problemləri belə öz həllini tapsın və heç nə diqqətdən yayınmasın. Bununla yanaşı hər bir şəxslə bir fərd kimi davranılır ki, bu da şagirdin özünütəsdiqi baxımından çox vacibdir.

4) Dünyanın top universitetlərinə açılan yol - Britaniyada olan əksər özəl məktəblərin tələbələri dünyanın ən top universitetlərinə daxil olub təhsillərini davam etdirə bilirlər. Aydındır ki, məktəbin bütün tələbələri Cambridge, Oxford Universitetlərinə daxil olmurlar. Amma Britaniyada xeyli sayda prestijli universitet var ki, məktəbdəki düzgün istiqamətləndirmə və dəstək nəticəsində tələbələr bu universitetlərə daxil olurlar. 

5) Məktəblərin gözəl tarixi binaları, bağları, xoş mühit - Məktəblərin əsas özəlliklərindən biri də onların geniş yaşıllıq sahələrinin olmasıdır. Məktəbin yerləşdiyi yerdən asılı olaraq onun ərazisində bağlar ola və ya tam yaxınlıqdan çay keçə, məktəbin ərazisi dəniz sahilində ola bilər. Eyni zamanda bir çox məktəblərin ərazisində reqbi, kriket və digər idman növləri üçün böyük idman meydançaları da var. Bütün bunlarla yanaşı məktəblərin əksəriyyəti yeni innovasiyalarla təmin edilmiş tarixi binalarda yerləşirlər.

6) Akademik mükəmməllik, imtahanlarda yüksək nəticələr - Britaniya məktəbləri akademik mükəmməllik üzrə dünyanın ən yaxşıları sırasındadırlar. Məktəblər şagirdlərin uğurlu nəticələri üçün maksimum öz cəhdlərini göstərirlər. Amma mütləq olaraq demək lazımdır ki, məktəblər sadəcə imtahan nəticələri üçün çalışmırlar. Peşəkar müəllimlər şagirdləri tədris etdiyi fənləri sevməyə təşviq edir və onları oxumağa ilhamlandırırlar.

7) Özünəinamın və yetkinliyin inkişaf etdirilməsi - Şagirdlər akademik tədris ilə yanaşı digər bacarıqlarını inkişaf etdirdikcə özünəinamı artırırlar. Britaniya məktəbləri şagirdlərin özünəinamı artırmaqda dünyaca məşhurdurlar. Hər bir valideyn istəyir ki, övladı xoşbəxt və uğurlu böyüsün. Özünəinam həyatda bir çox nailiyyətləri əldə edib xoşbəxt olmaq üçün çox vacibdir.

8) İngilis dilini mükəmməlləşdirmək - Britaniyada təhsil alıb İngilis dilini təkmilləşdirmək üçün bir çox vasitələr var. Aydındır ki, İngilisdilli mühitdə, dərsləri İngilis dilində keçib bu dili mükəmməl öyrənmək olar. Ancaq bəzi tələbələrin dili yaxşı öyrənməkdə axsaxlıqları olur. İngilis dili üzrə ixtisaslaşmış xüsusi müəllimlər bu cür şagirdlərlə fərdi qaydada işləyərək onların İngilis dili biliklərinin təkmilləşdirməsinə nail olurlar.

9) Fərdiliyə həvəsləndirmə, istedadın üzə çıxarılması - Hər bir fərd özünəməxsusluğu ilə fərqlənir. Uğurlu təhsil sistemi həm də ona görə yaxşıdır ki, hər bir fərdin özünəməxsusluğunu ortaya çıxarmağa imkan verir. Əgər siz digər insanlardan fərqlənirsinizsə Britaniyada buna görə kompleksiniz olmayacaq. Əvəzində digər insanlar tərəfindən bu hörmətlə qarşılanacaq. Bu sizə qeyri-ənənəvi musiqi, idman və ya incəsənət növü ilə məşğul olmanıza, hər hansı bir qeyri-adi xarici dili öyrənməyə stimul olacaq.

10) Məktəblərin aeroportlara yaxınlığı - Britaniyada demək olar ki, bütün şəhərlədə aeroport olduğundan, həmçinin dəmir yolu nəqliyyatı sistemi mükəmməl təşkil edildiyindən hər bir məktəb ən yaxın aeroportdan maksimum 2-3 saatlıq məsafədədir. Vacib deyil ki, məktəb məhz London “Heathrow” aeroportuna yaxın olsun. Çünki məktəblər tərəfindən şagirdlərin təhlükəsiz şəkildə aeroportdan məktəbə transferi təşkil edilə bilinir. Ümumi götürəndə şagirdlər il ərzində ortalama 6 dəfə aeroportda gediş və ya gəliş məqsədi ilə olurlar. Nəzərə alsaq ki, valideynlər də bəzən onları ziyarət etmək istəyirlər, ona görə də məktəblər aeroporta yaxınlığı özləri üçün üstünlük sayırlar.

Qeyd edək ki, Azərbaycandan olan 16 yaşdan aşağı şagird və tələbələr Britaniyada ancaq özəl pansionat məktəblərində təhsil ala bilərlər. Yaşı 16-dan yuxarı olanlar həm özəl, həm də ictimai məktəb və kolleclərdə təhsil ala bilərlər. Birləşmiş Krallıqdakı top universitetlərdə bakalavr pilləsinə başlamazdan öncə tələb olunan təhsil proqramları olan A Level, Foundation, International Baccalaureate, ümumilikdə Britaniya təhsil sistemi haqqında daha ətraflı məlumat əldə edə bilməniz üçün sizi 12 mart 2016-cı il tarixində Hilton otelində keçirəcək 6-cı Birləşmiş Krallıqda Təhsil Sərgisinə dəvət edirik. Saat 11:00-dan 16:00-dək keçiriləcək sərgiyə buraya daxil olaraq öncədən qeydiyyatdan keçə bilərsiniz. Sərgidə Birləşmiş Krallığın yüksək reytinqli 15 məktəb, kollec və ingilis dil kursu iştirak edəcək.

Paylaş:
865

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər