Rumıniya səfiri: “Şərq qonşuluğu regionunun Avroatlantik təhlükəsizlik üçün əhəmiyyəti yüksəlir”

Dünya təhlükəsizlik baxımından mürəkkəb vəziyyətdədir: NATO ölkələri qarşısında çoxtərəfli vəzifələr dayanır və Alyans yeni təhlükələrə adaptasiya olunur.
Bunu Bakıda keçirilən “NATO-nun 2016 Varşava sammiti: imkanlar və gözləntilər” adlı beynəlxalq konfrans çıxışı zamanı Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu bildirib.
“Şərq qonşuluğu regionunun Avroatlantik təhlükəsizlik üçün əhəmiyyəti yüksəlir”- deyə səfir qeyd edib.
“Varşavada keçiriləcək növbəti sammitdə Alyansın üzv ölkələrində kollektiv təhlükəsizliklə bağlı yeni tədbirinin həyata keçiriləcək. Sammirin fokusunda Alyansın müdafiə mexanizmlərinin möhkəmlədirilməsi və modernləşdirilməsi olacaq”- deyən Çiobanu bildirib ki, tədbir yaxınlaşdıqca NATO öz tərəfdaşları ilə əməkdaşlığı daha da aktivləşdirəcək.
Səfir həmçinin qeyd edib ki, NATO Azərbaycanı mühüm tərəfdaş kimi qiymətləndirir və Bakı ilə əməkdaşlığı yüksək qiymətləndirir. Tərəflər arasında münasibətlər siyasi dialoq və praktiki əməkdaşlığa əsaslanır.
“Azərbaycan və NATO arasında əlaqələr aktiv şəkildə inkişaf edir və strateji xarakter daşıyır. Azərbaycan kimi tərəfdaşlar NATO-nun uğurlu fəaliyyətinin əsasıdır”,- deyə Daniel Çiobani bildirib.
“ Bakı Şimali atlantika Alyansında mühüm və yüksək dəyərə malik tərəfdaşdır. NATO və Azərbaycanın sıx əməkdaşlığı Qara dəniz və Xəzər dənizi regionunda stabillik və təhlükəsizliyə imkan yaradır.
Səfir onu da vurğulayıb ki, NATO və onun tərəfdaşları enerji təhlükəsizliyinə təsir edə biləcək yeni risklərə strateji dəyər verir.
“Rumıniya üçün enerji təhlükəsizliyinin təminatı böyük əhəmiyyət daşıyır. Ona göərə də Avropaya yeni enerji nəqlini təmin edən energetika layihələrini dəstəkləyir”, - Kristian Çiobanu bildirib.
Bu konteksdə səfirin sözlərinə görə, Azərbaycan Avropa enerji təhlükəsizliyinin dəstəklənməsində mühüm rol oynayır həmçinin, yüklərin daşınmasında sahəsində də böyük imkanlara malikdir”.
1news.az