TQDK bakalavrlar üçün Apellyasiya Komissiyası yaradıb | 1news.az | Xəbərlər
Cəmiyyət

TQDK bakalavrlar üçün Apellyasiya Komissiyası yaradıb

19:02 - 07 / 03 / 2016
TQDK bakalavrlar üçün Apellyasiya Komissiyası yaradıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Apellyasiya Komissiyası yaradılıb.

1news.az-ın quruma istinadən verdiyi xəbərə görə, Şura 2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının martın 6-da keçirilmiş birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxacaq.

Apelyasiya komissiyası Asiya Universitetinin binasında fəaliyyət göstərir.

Bakalavrlar Apelyasiya komissiyasına 9-11 mart tarixlərində saat 10-dan 17-dək şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət edə bilərlər.

1news.az

Paylaş:
789

Son xəbərlər

Bütün xəbərlər