Azərbaycanda martın 6-da 92 cinayət faktı qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda martın 6-da 92 cinayət faktı qeydə alınıb

20:32 - 07 / 03 / 2016
Azərbaycanda martın 6-da 92 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 92 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, onların da 34-ü “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.

1news.az

 

Paylaş:
457

Son xəbərlər

Bütün xəbərlər