Türkiyədə zavodda partlayış: 1 nəfər öldü, 15 nəfər yaralandı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda 1 nəfər ölüb.
1news.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu "X" sosial media hesabında yazıb.
Nazir qeyd edib ki, hadisə nəticəsində 15 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.
91











