Bakı-Qazax yolunda sərnişin avtobusu “Mercedes”lə toqquşub, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Qazax yolunda sərnişin avtobusu “Mercedes”lə toqquşub, xəsarət alanlar var

09:31 - 07 / 03 / 2016
Bakı-Qazax yolunda sərnişin avtobusu “Mercedes”lə toqquşub, xəsarət alanlar var

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə magistral yolun Qazax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə Qazax rayon sakini, 1993-cü il təvəllüdlü İbrahim Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü və sərnişin, 1995-ci il təvəllüdlü Elfaq Quliyev müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

1news.az

Paylaş:
446

Son xəbərlər

Bütün xəbərlər