Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin olunub

10:45 - 07 / 03 / 2016
Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin olunub

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib.

İ.Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.

DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə milli təhlükəsizlik nazirinin keçmiş müavini Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb.

DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub.

1news.az

Paylaş:
1072

Son xəbərlər

Bütün xəbərlər