Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında parlament diplomatiyasının mühüm rolu var | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında parlament diplomatiyasının mühüm rolu var

23:54 - 07 / 03 / 2016
Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında parlament diplomatiyasının mühüm rolu var

Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu var.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze ilə görüşündə səsləndirilib.

Azərbaycan ilə Gürcüstanın tarixi dostluq münasibətlərindən danışan Milli Məclisin sədri deyib ki, ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra əməkdaşlıq yeni müstəvidə inkişaf edir. Oqtay Əsədov münasibətlərin daha da möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin, birgə həyata keçirilən beynəlxalq layihələrin əhəmiyyətini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze Bakıda bir sıra vacib görüşlər keçirdiyini, ikitərəfli, regional və çoxtərəfli əməkdaşlığa dair faydalı müzakirələr aparıldığını söyləyib. Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdiyini deyən nazir bu məsələdə parlament diplomatiyasının rolunu vurğulayıb. O, əlaqələrin daha da genişləndirilməsinin tərəflər üçün faydalı olduğunu bildirib.

1news.az

Paylaş:
720

Son xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:44
Bütün xəbərlər