Şərur sakini avtomobili ilə həmyerlisinin üstündən keçdi
Şərur rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə martın 6-da saat 20:00 radələrində Şərur rayonunun Yuxarı Daşarx kəndində qeydə alınıb.
Belə ki, rayon sakini Mahir Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun hərəkət hissəsində uzanmış vəziyyətdə olan kənd sakini Elməddin Cəlalovun üstündən keçib.
Xəstəxanaya yerləşdirilmiş E.Cəlalov martın 7-də orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
1news.az
739