Azərbaycanda martın 7-də 110 cinayət faktı qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda martın 7-də 110 cinayət faktı qeydə alınıb

16:30 - 08 / 03 / 2016
Azərbaycanda martın 7-də 110 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 110 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, onların da 23-ü “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 38 nəfər tutulub.

1news.az

 

Paylaş:
518

Son xəbərlər

Bütün xəbərlər