Göyçayın daha bir kəndinə təbii qaz verilib
Martın 8-də Göyçay rayonunun İnçə kəndinə təbii qazın verilişi bərpa edilib.
1news.az-ın məlumatına görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 1023 abonenti olan kəndin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 55463 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
1news.az
531