Elmar Məmmədyarov İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinini qəbul edib

18:48 - 09 / 03 / 2016
Elmar Məmmədyarov İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinini qəbul edib

Görüş zamanı tərəflər Azərbaycan və İtaliya arasındakı münasibətlərin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə İtaliyanın Avropa İttifaqında Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biri olması xüsusilə qeyd olunub.

Avropanın alternativ mənbələr əsasında enerji təhlükəsizliyinin təmin olunması və region ölkələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində TANAP və TAP layihələrinin kəsb etdiyi əhəmiyyəti vurğulanıb.

Franko Frattini ölkəmizin regiondakı əhəmiyyətli rolunu, uğurlu və tarazlaşdırılmış xarici siyasət yürütdüyünü qeyd edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan münaqişənin həlli prosesi və münaqişənin həll olunmamasının regional sülh və təhlükəsizlik üçün yaratdığı təhlükələr barəsində məlumat verib. O əlavə etdi ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
643

Son xəbərlər

Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32
Bütün xəbərlər