Prezident İlham Əliyev “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun imzalayıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun imzalayıb

22:05 - 09 / 03 / 2016
Prezident İlham Əliyev “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun imzalayıb

Bu gün dövlət başçısı tərəfindən “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun imzalanıb.

1news.az Azərbaycan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, qanunda qeyd olunur:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950; 2014, № 10, maddə 1161; 2015, № 11, maddə 1261) aşağıdakı dəyişikliklər edilsin:

1.1. mətn üzrə ismin müvafiq hallarında “dövlət tənzimlənməsi və nəzarəti” sözləri ismin müvafiq hallarında “tənzimlənmə və nəzarət” sözləri ilə əvəz edilsin;

1.2. 1.1.7-ci, 26.5-ci, 34.2-ci, 43.1.6-cı və 53.3-cü maddələrə “normativ hüquqi” sözlərindən sonra “və normativ xarakterli” sözləri əlavə edilsin;

1.3. 24.4-cü, 25.3-cü, 36.1.9-cu və 38.2.1-ci maddələr istisna olmaqla, mətn üzrə ismin müvafiq hallarında “aktivlərin idarə edilməsi” sözləri ismin müvafiq hallarında “investisiya fondlarının idarə edilməsi” sözləri ilə əvəz edilsin;

1.4. 1.1.9-cu maddədə “qiymətli kağızlar bazarında peşəkar” sözləri “lisenziyalaşdırılan” sözləri ilə əvəz edilsin;

1.5. 1.1.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.1.11. investisiya fondunun depozitarı (bundan sonra - depozitar) – investisiya fondunun depozitarı fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan şəxsdir;”;

1.6. 1.1.14-cü maddə aşağıdakı redaksiyada verilsin:

“1.1.14. maliyyə bazarlarına nəzarət orqanı - maliyyə bazarlarında tənzimlənmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum;”;

1.7. mətn üzrə ismin müvafiq hallarında “nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin;

1.8. 2.1-ci maddəyə “aktları,” sözündən sonra “maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları,” sözləri əlavə edilsin;

1.9. mətn üzrə ismin müvafiq hallarında “investisiya fondlarının dövlət reyestri” sözləri ismin müvafiq hallarında “investisiya fondlarının və onların idarəçilərinin dövlət reyestri” sözləri ilə əvəz edilsin;

1.10. 4.1-ci maddənin 2-ci cümləsinə “fondlarının” sözündən sonra “və onların idarəçilərinin” sözləri, “fondları” sözündən sonra “və onların idarəçiləri” sözləri əlavə edilsin;

1.11. 4.2-ci maddədə “səhmdar investisiya fondu fəaliyyətinə” sözləri “müvafiq” sözü ilə əvəz edilsin;

1.12. 5.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“5.9. Səhmdar investisiya fondunun səhm mülkiyyətçilərinin reyestri mərkəzi depozitar tərəfindən aparılır.”;

1.13. 7.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“7.5. Səhmdar investisiya fondunun səhmləri ilə əqdlər investisiya şirkətləri vasitəsilə bağlanılır.”;

1.14. 7.6-cı maddədə “dövlət qeydiyyatına alındıqdan” sözləri “təsdiq edildikdən” sözləri ilə əvəz edilsin;

1.15. 11.1-ci, 23.3-cü, 25.2-ci, 29.1-ci, 30.1-ci, 31.3-cü və 48.1.2-ci maddələrdə “hüquqi” sözü “xarakterli” sözü ilə əvəz edilsin;

1.16. 20.2-ci maddədə “qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcı” sözləri “mərkəzi depozitar” sözləri ilə əvəz edilsin;

1.17. 24.2-ci maddənin 2-ci cümləsində “peşəkar” sözü “lisenziyalaşdırılan” sözü ilə əvəz edilsin;

1.18. 24.3-cü, 34.1-ci, 46.1-ci və 48.1.12-ci maddələrdə ismin müvafiq hallarında “qanunvericilik aktları” sözləri ismin müvafiq hallarında “normativ hüquqi və normativ xarakterli aktlar” sözləri ilə əvəz edilsin;

1.19. 24.4-cü, 25.3-cü, 36.1.9-cu və 38.2.1-ci maddələrdən “aktivlərinin” sözü çıxarılsın;

1.20. 28.4-cü maddədə “reyestrsaxlayıcısı” sözü “mərkəzi depozitar” sözləri ilə əvəz edilsin;

1.21. 28.10-cu, 37.3-cü və 39.3-cü maddələrin birinci cümlələrindən “digər” sözü çıxarılsın, həmin maddələrin ikinci cümlələrində ismin müvafiq hallarında “tələb” sözü “sorğu” sözü ilə əvəz edilsin;

1.22. 39-cu maddə üzrə:

1.22.1. 39.2-ci maddənin üçüncü cümləsində və 39.4-cü maddədə “40.1-ci maddəsində” sözləri “39.1-ci maddəsində” sözləri ilə əvəz edilsin;

1.22.2. 39.5.1-ci maddə “39-cu maddəsində” sözləri “38-ci maddəsində” sözləri ilə, “40.2-ci maddəyə” sözləri “39.2-ci maddəyə” sözləri ilə əvəz edilsin.

1.23. 40.6-cı maddədə “39.1.5-ci maddəsində” sözləri “38.1.5-ci maddəsində” sözləri ilə əvəz edilsin;

1.24. 41.1.10-cu maddədə “qanunvericiliyin” sözü “hüquqi aktların” sözləri ilə əvəz edilsin;

1.25. 47.13-cü maddədə “depozitarın və reyestrsaxlayıcının” sözləri “mərkəzi depozitarın” sözləri ilə əvəz edilsin;

1.26. 51-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 51. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar

 

İnvestisiya fondları və onların idarəçiləri maliyyə bazarlarına nəzarət orqanına onun müəyyən etdiyi məbləğdə və qaydada haqlar ödəyir.”.

 

Maddə 2. Bu Qanun qüvvəyə mindiyi tarixədək səhmdar investisiya fondu və aktivlərin (investisiya fondunun) idarə edilməsi üzrə fəaliyyətlərə verilmiş lisenziyalar, habelə həmin fəaliyyətlərdən irəli gələrək verilmiş icazələr qanunla müəyyən edilmiş hallarda ləğv edilənədək öz qüvvəsini saxlayır və onların yenidən rəsmiləşdirilməsi tələb olunmur.

Maddə 3. Maliyyə bazarlarına nəzarət haqqında müvafiq qanun qəbul edilənədək investisiya fondu və investisiya fondunun idarə edilməsi üzrə fəaliyyətlərin yoxlanılması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydada aparılır.

Qeyd edək ki,ölkə prezidenti “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 146 VQD nömrəli Qanununun tətbiqi haqqında fərmanı da bu gün imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 146 VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.14-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin maddədə “qurum” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.

1news.az

Paylaş:
1269

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər