Müdafiə Nazirliyi: Cəbhədə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Cəbhədə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır

12:25 - 09 / 03 / 2016
Müdafiə Nazirliyi: Cəbhədə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır

Müdafiə Nazirliyi təmas xəttində Silahlı Qüvvələrimiz tərəfindən kəşfiyyat əməliyyatı keçirilməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib.

 

1news.az-ın verdiyi xəbərə görə, nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələri tərəfindən guya kəşfiyyat-təxribat əməliyyatı keçirilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və cəbhə xəttindəki vəziyyəti düzgün əks etdirmir:

 

“Ermənistan tərəfi bu kimi xəbərləri yaymaqla son günlər cəbhədəki ağır uğursuzluqları və verdikləri çoxsaylı itkilərini gizlətməyə cəhd göstərir. Düşmən o qədər qorxu içindədir ki, hətta dinc sakinlər və qoyun-quzu sürülərində də özlərinə qarşı təhlükə görürlər. Cəbhədə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”- deyə, nazirlikdən bildiriblər.

 

1news.az

Paylaş:
653

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər