Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilib
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
1news.az prezidentin rəsmi saytına istinadən xəbət verir ki, qanunda bildirilir.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, I kitab, maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 59-VQD nömrəli Qanunu; Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 68-VQD nömrəli Qanunu; Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 98-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 98.13-cü və 403-1.2-ci maddələrdə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
2. 104.1-ci maddənin ikinci cümləsində, 107-2.4-cü, 1048-2.2-ci, 1077.7-ci, 1078-2.9-cu, 1078-20.6-cı maddələrdə ismin müvafiq hallarında “qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
3. 107-2.4-cü maddədə “müvafiq icra hakimiyyəti orqanının” sözləri “maliyyə bazarlarına nəzarət orqanının” sözləri ilə əvəz edilsin.
4. 359.3-cü maddənin ikinci cümləsində “brokerlik halı” sözləri “investisiya şirkəti fəaliyyəti” sözləri ilə əvəz edilsin.
5. 902.2-ci maddədə “sığorta nəzarəti” sözləri “maliyyə bazarlarına nəzarət” sözləri ilə əvəz edilsin.
6. 986-3.2.2-ci maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri “maliyyə bazarlarına nəzarət orqanına” sözləri ilə əvəz edilsin.
7. 997-1.1-ci, 1076-6.4.3-cü və 1076-6.7-ci maddələr istisna olmaqla, 54-cü fəsil üzrə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
8. 997-1.1-ci maddədə “dövlət orqanı” sözləri “qurum” sözü ilə əvəz edilsin.
9. 1048-2.4-cü maddədə “qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanının və Mərkəzi Bankın normativ hüquqi” sözləri “maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli” sözləri ilə əvəz edilsin.
10. 1076-6.5-ci, 1076-7.3-cü, 1076-9.4-cü, 1076-11.1-ci maddələrdə “hüquqi” sözü “xarakterli” sözü ilə əvəz edilsin.
11. 1078-4.2-ci maddədə “hüquqi” sözündən sonra “, o cümlədən normativ xarakterli” sözləri əlavə edilsin.
Qeyd edək ki, bununla yanaşı prezident bu gün “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 135-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 135-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
1news.az