Prezident İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

15:59 - 10 / 03 / 2016
Prezident İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev martın 10-da İsrailin sabiq xarici işlər naziri Tsipi Livnini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsinin önəmi vurğulanıb.

Forumun artıq ənənə halı aldığı və tədbirə olan beynəlxalq marağın ildən-ilə daha da artdığı məmnunluqla qeyd edilib.

Söhbət zamanı müasir dünyada bu cür forumların keçirilməsinin beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması baxımından xüsusi önəm daşıdığı bildirilib.

1news.az

Paylaş:
815

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər