Madrid Klubunun baş katibi: “Dağlıq Qarabağ münaqişəsi həmişəlik dondurulmamalıdır”
Dağlıq Qarabağ münaqişəsi tam dondurulmamalı, danışıqlar və dialoq yolu ilə həll olunmalıdır.
Bu haqda 1news.az-a IV Bakı Qlobal Forumunda iştirak edən Madrid klubunun baş katibi Karlos Vestendorp bildirib.
Onun sözlərinə görə, ailədə olduğu kimi qonşular arasında da əməkdaşlıq vacibdir.
“Hər kəs bilməlidir ki, başqasını ərazisini zor gücünə tutmaq mümkün deyil, hər zaman münaqişənin danışıqlar yolu ilə həlli üçün imkan var”,- o, deyib.
Karlos Vestendorp qeyd edib ki, Rusiya bu münaqişənin həllinə yardım etməlidir.
Xatərladaq ki, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin dəstəyi ilə baş tutan forum Qarşılıqlı Əlaqə Şurası, Madrik Klubu, İskəndəriyyə kitabxanası, Beynəlxalq Elm və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
IV Bakı Qlobal Forumunda dünyanın 53 ölkəsindən 300-dən çox nümayəndə iştirak edir. 2 gün davam edəcək forumda münaqişələrin həllində dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin olunması kimi aktual məsələlər müzakirə olunacaq. Bundan əlavə günün mövzularına energeti perspektivləri, qlobal idarəetmə ilə bağlı məslələr da daxildir.
1news.az