Ermənilər Ağdamda qohumlarının məzarlarını ziyarət edən sakinləri atəşə tutub | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər Ağdamda qohumlarının məzarlarını ziyarət edən sakinləri atəşə tutub

17:11 - 10 / 03 / 2016
Ermənilər Ağdamda qohumlarının məzarlarını ziyarət edən sakinləri atəşə tutub

Ağdamda Novruz bayramı ilə bağlı yaxınlarının məzarlarını  ziyarət etmək istəyən cəbhəyanı kənd sakinləri ermənilər tərəfindən atəşə tutulub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında havanın dumanlı olmasından istifadə edən Mirəşelli, Baş Qərvənd, Orta Qərvənd və Ayaq Qərvənd kəndlərinin sakinləri qəbirləri ziyarətə gediblər.

Duman çəkilən kimi erməni silahlı bölmələri kənd sakinlərini atəşə tutub. Yerli əhali ziyarəti yarımçıq saxlayaraq məzarlığı tərk etmək məcburiyyətində qalıb.

1news.az

Paylaş:
751

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər