Viktor Yuşenko postsovet məkanındakı münaqişələrin həllindən danışdı
“Mənim mülahizələrimə görə, Cənubi Asetiya, Abxaziya, Krım, Donbas, Dağlıq Qarabaq kimi məsələyoxdur, yalnız Rusiya məsələsi var”.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda jurnalistlərə Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumu çərçivəsində bildirib.
“Avropada 7 münaqişə var ki, onun da 6-sı Şərqə yerləşir. Bütün bu altı münaqişə ölkədaxili və etnik məsələ deyil, geosiyasi cəhətdən ölçülən münaqişədir”, - o, bildirib.
Onun sözlərinə görə, əgər oradan Rusiya qoşunları çıxarsa münaqişələr həll olacaq:
“Bu sahədə səylərimiz həmrəy olmalıdır”.
O, qeyd edib ki, münaqişələrin həllinin açarı ölkələrin əlindədir:
“Biz Rusiyaya qarşı birgə siyasət yürüdərkən buraya həmrəylik və səbr də əlavə etməliyik”.
Qeyd edək ki, Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə İnterAaction Council, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Forumda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İki gün davam edəcək Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq.
1news.az