Mehriban Əliyeva Misirin Azərbaycandakı səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Mehriban Əliyeva Misirin Azərbaycandakı səfiri ilə görüşüb

19:11 - 10 / 03 / 2016
Mehriban Əliyeva Misirin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Misirin ölkəmizdəki səfiri xanım Suzanne Mohamed Gamil ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan ilə Misir arasında əlaqələrin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən Mehriban Əliyeva ölkələrimizi və xalqlarımızı dostluq tellərinin bağladığını söyləyib.

Azərbaycanın birinci xanımı hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verdiyini qeyd edərək, mövcud əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi Misirdə təhsil, mədəniyyət və digər humanitar sahələrdə əlaqələrin inkişafına dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Beş aydır ki, Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyini qeyd edən Suzanne Mohamed Gamil ölkəmizdə çalışmaqdan məmnunluğunu ifadə edib. Səfir Heydər Əliyev Fondunun Misirdə gördüyü işlərə görə təşəkkürünü bildirib.

1news.az

 

Paylaş:
627

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər