Bolqarıstan prezidentinə Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilib | 1news.az | Xəbərlər
Siyasət

Bolqarıstan prezidentinə Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilib

22:44 - 10 / 03 / 2016
Bolqarıstan prezidentinə Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilib

Martın 10-da Bakı Dövlət Universitetində (BDU) Bolqarıstan Respublikasının prezidenti Rosen Plevneliyevə bu ali məktəbin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov dünyanın tanınmış siyasətçilərindən biri, müasir dünyada elmin və demokratiyanın inkişafına layiqli töhfələr vermiş Rosen Plevneliyevi rəhbərlik etdiyi ali məktəbin kollektivi adından salamlayıb, onun Bakı Dövlət Universitetinə gəlişindən məmnunluğunu ifadə edib.

Bildirilib ki, prezident Rosen Plevneliyev dövlətimizin başçısı İlham Əliyevin dəvəti ilə “Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlib.

A.Məhərrəmov qeyd edib ki, R.Plevneliyev Bolqarıstanın çiçəklənməsi, demokratik dəyərlərin möhkəmlənməsi, ölkənin Avropa yönümlü tərəqqisi, həmçinin elmin və təhsilin inkişafı üçün böyük işlər görüb. Rektor R.Plevneliyevin prezident seçildiyi gündən Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini, Bolqarıstan və Azərbaycan arasında əlaqələrin inkişafına böyük önəm verdiyini xüsusi vurğulayıb.

Azərbaycan xalqı, eləcə də dünya elmi və mədəniyyəti qarşısında, habelə xalqlar arasında dostluq, beynəlxalq əlaqələr, insan haqları, demokratiyanın inkişafı sahəsində böyük xidmətlər göstərmiş bir sıra görkəmli şəxslərin Bakı Dövlət Universitetinin fəxri doktoru seçildiyini diqqətə çatdıran A.Məhərrəmov rəhbərlik etdiyi ali məktəb haqqında qonağa məlumat verib.

Daha sonra rektor universitetin elmi şurasının Bolqarıstan prezidentinə fəxri doktor adının verilməsi ilə bağlı qərarını oxuyub.

Bolqarıstan dövlətinin başçısına fəxri doktor diplomu və mantiya təqdim olunub.

Prezident R.Plevneliyev BDU-nun müəllim və tələbələri qarşısında çıxış edərək fəxri doktor diplomuna görə təşəkkürünü bildirib, kollektivə uğurlar arzulayıb. “Bakı Dövlət Universiteti bu gündən mənim də universitetimdir”, - deyən Bolqarıstan prezidenti 2019-cu ildə BDU-nun 100 illik yubiley tədbirlərində iştirak edəcəyinə söz verib.

Dövlət başçısı Azərbaycan - Bolqarıstan münasibətlərindən danışıb, iki ölkə arasında əlaqələrin hazırkı durumundan razılığını bildirib. Bolqar xalqının Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərə ürəkdən sevindiyini vurğulayan ali qonaq iki ölkə arasında münasibətlərin, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında maraqlı olduğunu xüsusi qeyd edib.

Sonda prezident R.Plevneliyev tələbələrin suallarını cavablandırıb.

1news.az

 

Paylaş:
508

Son xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:44
Bütün xəbərlər