Vladimir Putin Azərbaycanın Baş nazirinin birinci müavininə “Dostluq” ordeni təqdim edib
Martın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Kremldə dövlət təltiflərini təqdim edib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, təltif olunanlar arasında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov da var.
Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Rusiya ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə, iqtisadi və mədəni əlaqələrin inkişafına verdiyi böyük töhfəyə görə “Dostluq” ordeni ilə təltif edilib.
Y.Eyyubov bildirib ki, Rusiyanın bu yüksək dövlət təltifini almaq onun üçün böyük şərəfdir. O deyib:
“Qəlbim bütün Rusiyaya və bütün Rusiya xalqına səmimi təşəkkür sözləri ilə doludur. Mən bu yüksək mükafatı şəxsən Sizin həm Azərbaycan xalqına, həm də mənim ölkəmə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə münasibətiniz kimi qiymətləndirirəm. Məndən ötrü bu, çox əziz və qiymətli təltifdir, çünki onu mənə Rusiya xalqının ləyaqətli oğlu, müasir dövrün görkəmli siyasətçisi, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin təqdim edib.
Cənab Prezident, Sizə bir daha minnətdarlığımı və təşəkkürümü bildirirəm, Rusiya xalqına və bütün Rusiyaya əmin-amanlıq və firavanlıq, şəxsən Sizə isə, cənab Prezident, möhkəm cansağlığı, yeni uğurlar, siyasətdə uzunömürlülük arzulayıram”.
1news.az