XİN: Azərbaycan bütün dövlətləri işğal olunmuş ərazilərin turizm məntəqəsi kimi təşviqinə imkan verməməyə çağırır | 1news.az | Xəbərlər
Siyasət

XİN: Azərbaycan bütün dövlətləri işğal olunmuş ərazilərin turizm məntəqəsi kimi təşviqinə imkan verməməyə çağırır

12:36 - 10 / 03 / 2016
XİN: Azərbaycan bütün dövlətləri işğal olunmuş ərazilərin turizm məntəqəsi kimi təşviqinə imkan verməməyə çağırır

2009-cu ildə rəsmi Yerevan Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin İTB Berlin turizm sərgisində iştirakı üçün təxribatçı cəhd göstərmiş və bunun qarşısı alınmışdı.

 

1news.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 9-13 mart 2016-cı il tarixində Berlində keçirilən İTB Berlin beynəlxalq turizm sərgisində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin iştirakı məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, 2009-cu ildən etibarən Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin həyata keçirdiyi önləyici tədbirlər sayəsində ayrıca pavilyonla İTB Berlin turizm sərgisində qondarma rejimin iştirakının qarşısı effektiv şəkildə alınır:

 

“Bu il İTB Berlin turizm sərgisinin təşkilat komitəsini aldadaraq başqa ad altında kommersiya şərtləri ilə qeydiyyatdan keçən bir təşkilat sərgi başlayan gün ona aid olan pavilyonda “Karabakh” adlanan plakat asıb. Göründüyü kimi, yalan və saxtakarlıqdan belə çəkinməyən qondarma rejim bu cür davranışla əslində özünün kriminal təfəkkürlü mahiyyətini bir daha nümayiş etdirir.

 

Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi tədbirin təşkilatçıları ilə təmasda olaraq, bu stendin ləğv edilməsi üçün tədbirlər görür”.

 

H.Hacıyev bildirib ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərinin ilhaq etmək, işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaratdığı qondarma rejimi təşviq etmək və işğalın nəticələrini möhkəmləndirmək üçün qazanc məqsədilə turizmdən sui-istifadə edir:

 

“Azərbaycan Respublikası 2014-cü ilin oktyabrında Səmərqənddə keçirilmiş Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının 99-cu sessiyasında ÜTT-nin nizamnaməsinə, beynəlxalq hüquqa və turizmin fundamental məqsəd və məramlarına zidd olaraq, turizmin siyasi məqsədlər üçün sui-istifadə edilməsi, münaqişə zonaları və qeyri-qanuni hərbi işğal altında olan ərazilərin turizm məntəqəsi kimi təşviq olunması kimi narahatlıq doğuran halları gündəmə gətirmişdi. Bu kimi əməllərin ÜTT və BMT Baş Assambleyası tərəfindən təsdiq olunmuş Turizmə dair Qlobal Etik Məcəlləyə zidd olduğu da qeyd olunmuşdu.

 

Turizmə dair Qlobal Etik Məcəlləyə əsasən turistlərdən və turizm sahəsində fəaliyyət göstərən qurumlardan səfər edilən ölkənin qanunlarına hörmət etmək və turizm səfəri zamanı cinayət əməlləri və səfər edilən ölkənin qanunlarına görə cinayət hesab oluna biləcək hər hansı fəaliyyətdən kənar durmaq tələb olunur”.

 

XİN rəsmisi bildirib ki, Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurası 2015-ci ilin mayında Xorvatiyada keçirilmiş 100-cü sessiyasında Azərbaycanın təklifi əsasında Turizmin Etik Qaydaları üzrə Dünya Komitəsinin “Münaqişə zonalarının turizm məntəqəsi kimi təşviqinin və turizmin qeyri-qanuni məqsədlər üçün istifadəsinin qarşısının alınması” adlı tövsiyələri nəzərdən keçirmişdi. Bu tövsiyələr əsasında hökumətləri, turizm sektorunda olan dövlət və özəl müəssisələri bütün hallarda, o cümlədən hərbi münaqişələr zamanı Turizmə dair Qlobal Etik Məcəllə, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutmağa çağıran qərar qəbul edilmişdi.

 

ÜTT-nin Nizamnaməsini, Turizmə dair Qlobal Etik Məcəlləni, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrini rəhbər tutaraq, Azərbaycan tərəfi bütün dövlətləri, turizm sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərində işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin turizm məntəqəsi kimi təşviq və sui-istifadə edilməsinə imkan verməmək üçün təsirli addımlar atmağa çağırır.

 

1news.az

Paylaş:
552

Son xəbərlər

Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32
Bütün xəbərlər