İlham Əliyev Finlandiyanın sabiq prezidenti xanım Tarya Haloneni qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Finlandiyanın sabiq prezidenti xanım Tarya Haloneni qəbul edib

14:03 - 11 / 03 / 2016
İlham Əliyev Finlandiyanın sabiq prezidenti xanım Tarya Haloneni qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın11-də Finlandiya Respublikasının sabiq prezidenti xanım Tarya Haloneni qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsindən məmnunluq ifadə edildi.

Forumun artıq aparıcı beynəlxalq müzakirə məkanları ilə eyni sırada dayandığı vurğulandı. Tədbirdə müzakirə edilən məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyi əminliklə qeyd olundu.

1news.az

Paylaş:
652

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər