Təbii qazla təmin olunmuş abonentlərin sayı 1869274-ə çatıb
2016-cı ilin fevral ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 18504 yeni abonent qeydiyyata alınıb ki, bunun da 2667-si Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 15837-si isə regionların payına düşüb.
1news.az SOCAR-ın rəsmi saytına istinadən məlumat verir ki, bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 869 274-ə çatıb.
Onu da qeyd edək ki, 01 mart 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 128408 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 350 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
1news.az
411