Balakən sakini 19 yaşlı qız tərəfindən bıçaqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakən sakini 19 yaşlı qız tərəfindən bıçaqlanıb

14:42 - 11 / 03 / 2016
Balakən sakini 19 yaşlı qız tərəfindən bıçaqlanıb

Balakəndə 23 yaşlı oğlanı bıçaqlayan şəxsin kimliyi açıqlanıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, rayonun Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Eyvaz oğlu Mustafayevin rayonun Qullar kənd sakini 19 yaşlı Xədicə Nəsib qızı Qarayeva tərəfindən bıçaqlandığı məlum olub.

X.Qarayeva şübhəli şəxs qismində saxlanılıb və hadisəni törətdiyini etiraf edib. Aparılan ilkin istintaq zamanı məlum olub ki, Vüsal Mustafayev gecə saatlarında  Xədicə Qarayevanın yaşadığı evə girib və onun atası Nəsib Qarayev ilə istintaqa məlum olmayan səbəbdən dava edib. Bunu görən Xədicə Qarayeva atasına kömək etmək məqsədi ilə Vüsal Mustafayevi bıçaqlayıb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

1news.az

Paylaş:
632

Son xəbərlər

Bütün xəbərlər