Novruz Məmmədov: “Heç kim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüququ qabartmır” | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: “Heç kim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüququ qabartmır”

18:45 - 11 / 03 / 2016
Novruz Məmmədov: “Heç kim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüququ qabartmır”

“Biz vəziyyəti müzakirə edib, düşdüyümüz vəziyyətdən çıxış yolları tapmalıyıq. Gənclərə yaxşı bir miras qoymalıyıq”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu sözləri IV Qlobal Bakı Forumu çərçivəsində “Miqrasiya, multikulturalizm və inteqrasiya” mövzusunda təşkil olunan paneldə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O bildirib ki, SSRİ ilə Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan sonra dünyada yeni mərhələ başlayıb:

“Qərbin dünyaya mesajı belə idi ki, bundan sonra sabitlik şəraitində yaşayacaq, inkişafa nail olacağıq. Prezident İlham Əliyev Azərbaycanın 25 ildə keçdiyi uğurlu inkişaf yolundan danışdı. Ancaq deyə bilmərəm ki, dünya 25 il ərzində daha yaxşı dünya olub. Əksinə, daha problemli dünyaya çevrilib. XX əsrin 90-cı illərindən sonra insanlar düşünürdülər ki, bütün məsələlərə ədalətli yanaşma ortaya qoyulacaq, hər şey yaxşı olacaq. Ancaq Azərbaycan nümunəsində bunu görmək çətindir”.

N.Məmmədov qeyd edib ki, Varşava Müqaviləsinə son qoyulmasından, SSRİ-nin parçalanmasından sonra ilk yaranan problem Qarabağ problemidir:

“Əgər o vaxt Qarabağ probleminə ədalətli yanaşma ortaya qoyulsaydı, bu gün dünya bu qədər problemlə rastlaşmazdı. Azərbaycan ərazisinin 20 faizi işğal altındadır, bunun bir hissəsi Qarabağdır. Ətrafdakı 7 rayon da işğal olunub, Ermənistan o rayonlara heç bir iddia ortaya qoymur, ancaq vəziyyət dəyişmir. Yeri gəlmişkən, Avropa Şurası Parlament Assambleyasına göstərişlər gəlir ki, Azərbaycan torpaqlarının işğalı ilə bağlı qərarlar qəbul etməyin. Bu gün belə dünyada yaşayırıq”.

N.Məmmədovun sözlərinə görə, dünyada baş verən problemlər 10-15 dövlətin fəaliyyətinin nəticəsidir:

“Bu 25 ildə dövlətlər beynəlxalq hüquqdan danışmadılar, danışmağı da sevmirlər. Heç kim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüququ qabartmır. Hətta ATƏT-in Minsk Qrupunun 3 həmsədri beynəlxalq təşkilatlara göstəriş verir ki, siz bu problemə qarışmayın. Biz məsələlərə onların mahiyyətini aydınlaşdırmadan yanaşsaq, heç bir uğur qazana bilmərik. Bu gün dünyada problemlərin səbəbi böyük dövlətlərin öz maraqlarını hər şeydən üstün tutmasıdır”.

1news.az

Paylaş:
697

Son xəbərlər

COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12
Bütün xəbərlər