Daxili İşlər Nazirliyinin Əsasnamə və strukturunun təsdiq edilməsi haqqında fərmanda dəyişiklik edilib | 1news.az | Xəbərlər
Rəsmi

Daxili İşlər Nazirliyinin Əsasnamə və strukturunun təsdiq edilməsi haqqında fərmanda dəyişiklik edilib

19:06 - 11 / 03 / 2016
Daxili İşlər Nazirliyinin Əsasnamə və strukturunun təsdiq edilməsi haqqında fərmanda dəyişiklik edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416; 2004, № 6, maddə 440, № 9, maddə 674; 2005, № 6, maddə 491, № 12, maddə 1102; 2006, № 7, maddə 592, № 8, maddə 659; 2007, № 6, maddə 615, № 9, maddə 869, № 10, maddə 947, № 11, maddə 1106; 2008, № 3, maddə 168, № 8, maddə 719; 2009, № 5, maddə 322, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 185; 2011, № 2, maddə 85, № 6, maddə 508, № 9, maddə 791; 2012, № 9, maddə 852; 2013, № 5, maddə 511, № 11, maddə 1320; 2014, № 12, maddə 1573; 2015, № 2, maddə 127, № 6, maddə 697, № 12, maddə 1474) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.2-ci bənddə “Daxili işlər nazirinin” sözlərindən sonra “birinci müavini və” sözləri əlavə olunsun;

1.2. 5.4-cü bənddə “həyata keçirilməsini” sözlərindən sonra “nazirin birinci müavininə, o olmadıqda” sözləri əlavə olunsun.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

“Nazirin birinci müavini”;

2.2. 2-ci hissə üzrə:

2.2.1. iyirmi doqquzuncu abzas aşağıdakı redaksiyada verilsin:

“Maddi-Texniki Təminat Baş İdarəsi”;

2.2.2. otuz ikinci abzas ləğv edilsin və otuz üçüncü abzas otuz ikinci abzas hesab edilsin”.

1news.az

Paylaş:
897

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər