2016-cı ilin yanvarında Rusiyanın neft ixracı 25,1 faiz azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

2016-cı ilin yanvarında Rusiyanın neft ixracı 25,1 faiz azalıb

09:29 - 11 / 03 / 2016
2016-cı ilin yanvarında Rusiyanın neft ixracı 25,1 faiz azalıb

2016-cı ilin yanvarında Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər keçən ilin yanvarının  göstəricisi ilə müqayisədə 43,71 faiz – 4,42 mlrd dollaradək azalıb.

1news.az –ın gazeta.ru -ya istinadən verdiyi xəbərə görə, bu barədə Federal Gömrük Xidmətin məlumatında bildirilir.    

Məlumata görə, Rusiya neft ixracının həcmini 2,26% - 19,197 mln tonadək azaldıb. Uzaq xarici ölkələrə neftin ixracı 2,45 faiz – 17,206 mln tonadək azalıb. İxracın həcmi pul vahidində 4,159 mlrd dollar təşkil edib (2015-ci ilin yanvar göstəricinsən 44,7 faiz az). MDB ölkələrinə neftin ixracı 0,55 faiz – 1,99 mln tonadək azalıb, pul vahidində bu göstərici 19,4 faiz – 261 mln dollaradək azalıb.    

Neft məhsullarının ixracı 2016-cı ilin yanvarında 25,1 faiz – 10,803 mln tonadək azalıb. Pul vahidində bu göstərici 3,052 mlrd dollar azalıb (2015-ci ilin yanvar göstəricinsən 1,3 dəfə azdır).

1news.az

Paylaş:
572

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər