Rəsmi: Manatın məzənnəsinin dəyişməsi haqda Mərkəzi Bankın adından yayımlanan məktub saxtadır - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rəsmi: Manatın məzənnəsinin dəyişməsi haqda Mərkəzi Bankın adından yayımlanan məktub saxtadır - FOTO

10:11 - 11 / 03 / 2016
 Rəsmi: Manatın məzənnəsinin dəyişməsi haqda Mərkəzi Bankın adından yayımlanan məktub saxtadır - FOTO

Sosial şəbəkələrdə yayılan valyuta kursunun dəyişməsi haqqında sənəd saxtakarlıqdan başqa bir şey deyil.

Bu haqda 1news.az-a 11 mart tarixində sosial şəbəkələrdə yayılan saxta sənədlə bağlı hadisəni şərh edən Mərkəzi Bankdan məlumat verilib.

Sosial şəbəkələrdə yayımlanan sənədin məzmununda göstərili ki, guya Azərbaycan üzən məzənnədən imtina edir və dolların kursu 1,2833 AZN səviyyəsində saxlanılır.

“Mərkəzi Bank məlumat verir ki, bu məktub saxtadır və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır. Manatın ABŞ dollarına nəzərən məzənnəsi valyuta bazarının tələbi və təklifinə uygun müəyyənləşir. Bu isə AMB-nin elan olunmuş məzənnə siyasətinə əsasən həyata keçirilir”- Mərkəzi Bankdan açıqlanıb

Paylaş:
1942

Son xəbərlər

Bütün xəbərlər