Türk və Azərbaycan diasporunun nümayəndələri İsveç parlamenti qarşısında etiraz aksiyası keçiriblər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Türk və Azərbaycan diasporunun nümayəndələri İsveç parlamenti qarşısında etiraz aksiyası keçiriblər - FOTO

22:12 - 11 / 03 / 2016
Türk və Azərbaycan diasporunun nümayəndələri İsveç parlamenti qarşısında etiraz aksiyası keçiriblər - FOTO

Martın 11-də İsveçin paytaxtı Stokholmda türk və Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ölkə parlamentinin (Riksdaq) binası qarşısında etiraz aksiyası keçiriblər.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd İsveç parlamentinin qondarma “erməni soyqırımı”nı tanınmasına qarşı etiraz etmək idi.

Tədbir iştirakçıları bildiriblər ki, 2011-ci il martın 11-də “erməni soyqırımı”nın İsveç parlamenti tərəfindən tanınması Türkiyəyə təzyiq göstərilməsi və Avropa qanunlarının şəkildə kobud pozulması deməkdir. Bildirilib ki, keçən əsrin əvvəllərində baş verən bu və ya digər hadisələrin araşdırılması siyasətçilərin deyil, alimlərin və məhkəmələrin səlahiyyətində olmalıdır.

“Soyqırımı” anlayışının yalnız 1945-ci ildən sonra yarandığını xatırladan aksiya iştirakçıları hüquqi nöqteyi-nəzərdən bu anlayışın əvvəlki illərdə baş verən hadisələrə şamil oluna bilmədiyini qeyd ediblər. Bu məsələyə ikili siyasi yanaşmanın olduğunu bildirən aksiya iştirakçıları Avropa İnsan Haqları Məhkəməsinin və Fransa məhkəməsinin məsələ ilə bağlı son qərarını da xatırladıblar.

Sonda iştirakçılar Riksdaqa müraciət təqdim ediblər.

Qeyd edək ki, aksiya yerinə gələn erməni diasporunun nümayəndələri tədbirin gedişinə mane olmağa çalışsalar da, təhlükəsizlik orqanları bunun qarşısını alıblar.

1news.az

Paylaş:
487

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər