Müdafiə Nazirliyi: Ermənistan həmişə olduğu kimi, döyüşdəki itkilərini qəsdən gizlədir
Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində son itkiləri ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər ki, düşmən tərəfi həmişə olduğu kimi, döyüşdəki itkilərini qəsdən gizlədir, müxtəlif adlar altında ictimaiyyətinə çatdırmaqla çaşqınlıq yaradır.
Ermənilər əsgərlərinin ölməsi faktlarını yol-nəqliyyat qəzaları, xəstəliklər, bədbəxt hadisələr və silahla ehtiyatsız davranma kimi qələmə verirlər.
Düşmən Ermənistandan gətirilən əsgərlərin işğal olunmuş ərazilərimizdə ölməsini açıqlamaq məcburiyyətində qalsa da, Dağlıq Qarabağdan çağırılanların, muzdlu kimi fəaliyyət göstərənlərin ölüm hallarını məharətlə gizlədir və öz xalqını aldadaraq yanlış fikir formalaşdırır.
1news.az
710