ABŞ-ın Havay ştatı Senatında ermənipərəst qətnamələrin qəbulunun qarşısı alınıb | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın Havay ştatı Senatında ermənipərəst qətnamələrin qəbulunun qarşısı alınıb

10:43 - 12 / 03 / 2016
ABŞ-ın Havay ştatı Senatında ermənipərəst qətnamələrin qəbulunun qarşısı alınıb

ABŞ-ın Havay ştatının Senatı erməni lobbisinin təhriki ilə gündəliyə gətirilən antiazərbaycan xarakterli iki qətnaməni rədd edib.

Martın 10-da ştat Senatında irəli sürülmüş bu qətnamələr qəbul olunacağı təqdirdə, Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma “Dağlıq Qarabağ respublikası” “müstəqil dövlət” kimi tanınacaq və onun “müstəqilliyinin güclənməsi” üçün ABŞ-ın Federal Hökumətinə və Konqresə çağırış ediləcəkdi.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu bu barədə məlumat əldə etdikdən dərhal sonra Havay Senatının rəhbərliyi, qətnamələrin müəllifləri və digər senatorlar ilə əlaqə saxlayıb, bütün qanunvericilərə rəsmi məktublar ünvanlayıb, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, həmçinin BMT və digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı aydın mövqeyi barədə onları məlumatlandırıb.

Nəticədə ştat Senatının rəhbərliyi martın 11-də rəsmi bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə edib və Senatın bu qətnamələri qəbul etməyəcəyini bildirib.

Rəsmi bəyanatın verilməsindən sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Havay ştat Senatının rəhbərliyi ilə yenidən əlaqə saxlayaraq, belə prinsipiallığa və ədalətli mövqeyə görə təşəkkürünü bildirib.

1news.az

Paylaş:
661

Son xəbərlər

COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12
Bütün xəbərlər