Peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirilir
Martın 13–də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkənin bütün peşə liseylərinin (cəmi 45) sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirir.
24 şəhər və rayonda təşkil olunan imtahan saat 12.00-da başlanıb və saat 14.45-də başa çatacaq.
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün rus dili), riyaziyyat və xarici dil fənləri üzrə aparılır.
533