Azərbaycanın xarici işlər naziri Çinə işgüzar səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın xarici işlər naziri Çinə işgüzar səfər edəcək

18:46 - 13 / 03 / 2016
Azərbaycanın xarici işlər naziri Çinə işgüzar səfər edəcək

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov martın 13-14-də Çin Xalq Respublikasına işgüzar səfər edəcək.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının rəhbərliyi ilə görüşlər keçirəcək və Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq üzrə Tərəfdaşı statusunun verilməsinə dair Memorandumu imzalayacaq.

Həmçinin səfər əsnasında nazir Elmar Məmmədyarovun Çin Xalq Respublikasının bir sıra rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub.

Paylaş:
870

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər