Məşhur Azərbaycan karateçisi Rafael Ağayev evlənir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məşhur Azərbaycan karateçisi Rafael Ağayev evlənir – FOTO

14:51 - 14 / 03 / 2016
Məşhur Azərbaycan karateçisi Rafael Ağayev evlənir – FOTO

Karate üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş, Avropa Oyunlarının qalibi Rafael Ağayev ailə həyatı qurmağa hazırlaşır.

1news.az-ın məlumatına görə, keçən həftə sonu Bakıdakı restoranların birində tanınmış idmançının nişan mərasimi olub. Mərasimdə R.Ağayevin yaxınları və dostları iştirak ediblər.

Qeyd edək ki, 31 yaşlı R.Ağayev karate üzrə dördqat dünya, doqquz qat Avropa çempionudur. Qara kəmər 5-ci dana sahibdir.

Karate üzrə Azərbaycan yığmasının kapitanı olan Ağayev IX Ümumdünya oyunlarının və 2013-cü il döyüş növləri üzrə Ümumdünya oyunlarının, eləcə də ilk Avropa Oyunlarının qalibidir.

1news.az

Paylaş:
1882

Son xəbərlər

Bütün xəbərlər