"Bank of Azerbaijan"a qarşı tələblərin qeydiyyatı aprelin 5-dək davam edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

"Bank of Azerbaijan"a qarşı tələblərin qeydiyyatı aprelin 5-dək davam edəcək

16:38 - 14 / 03 / 2016
"Bank of Azerbaijan"a qarşı tələblərin qeydiyyatı aprelin 5-dək davam edəcək

Müflis elan edilmiş "Bank of Azerbaijan"a qarşı tələblərin qeydiyyatı aprelin 5-dək davam edəcək.

1news.az-a Əmanətlərin Sığortalanması Fondundan bildiriblər ki, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: kreditorun adı və ünvanı; tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat kreditorlardan tələblərinin qeydiyyata alınması üçün bankın ləğvedicisinə müraciət etmələri xahiş olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ilə "Bank of Azerbaijan" ASC müflis elan edilib, iflas proseduruna başlanıb və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib.

1news.az

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər