Yavər Camalov Çexiyanın Parlamentinin Deputatlar Palatasının Müdafiə Komitəsinin sədri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Yavər Camalov Çexiyanın Parlamentinin Deputatlar Palatasının Müdafiə Komitəsinin sədri ilə görüşüb

17:07 - 14 / 03 / 2016
Yavər Camalov Çexiyanın Parlamentinin Deputatlar Palatasının Müdafiə Komitəsinin sədri ilə görüşüb

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Çexiya Respublikasının Parlamentinin Deputatlar Palatasının Müdafiə Komitəsinin sədri David Kadnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın məlumatına görə, nazir Y.Camalov Azərbaycan ilə Çexiya Respublikası arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı nümayəndə heyətinə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi 
aparılıb.

Azərbaycanda səfərdə olan Çexiya Respublikasının Parlamentinin Deputatlar Palatasının Müdafiə Komitəsinin sədri D.Kadner səmimi qəbula görə minnətdarlığını bildirib.

1news.az

Paylaş:
799

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər