Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusu verildi – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusu verildi – FOTO

10:10 - 14 / 03 / 2016
Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusu verildi – FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov ilə görüşüb.

1news.az-ın XİN-in saytına istinadən verdiyi xəbərə görə, baş katib nazir E.Məmmədyarovu məmnuniyyətlə salamlayaraq, Şanxay Əməkdaşlıq Təşkilatı və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın təşviqi üçün əlverişli imkanların olduğunu vurğulayıb və bu səfərin əlaqələrin inkişafına mühüm töhfə verəcəyini deyib.

Nazir E.Məmmədyarov Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə təsisatlanmış əməkdaşlığın qurulmasında maraqlı olduğunu qeyd edərək, terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə, regional sülh və təhlükəsizliyin möhkəmləndirlməsi, nəqliyyat, energetika və digər qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafı perspektivlərindən danışıb.

O, Azərbaycanın təşəbbüsü və iştirakı ilə son illər həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında məlumat verərək, Şərq-Qərb nəqliyyat dəhlizinin tam gücü ilə fəaliyyət başlamasının qədim İpək yolu boyunca təşkilata üzv olan dövlətlərlə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Nazir həmçinin, təşkilata üzv olan bəzi ölkələrin vətəndaşları üçün Azərbaycana giriş vizalarının rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsinin insanlararası təmasların artmasına və iqtisadi əməkdaşlığın stimullaşdırılmasına müsbət təsir göstərəcəyini bildirib.

Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqun təşviqində mühüm rol oynadığını deyən nazir bu xüsusda 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Forumunun əhəmiyyətini qeyd edib.

E.Məmmədyarov regional sülh və təhlükəsizlik üçün başlıca təhdid yaradan Ermənistan-Azərbaycan münaqişəsi barəsində ətraflı məlumat verib. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu deyən nazir münaqişənin həllinə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal edilmiş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalı olduğunu vurğulayıb.

Baş katib R.Alimov Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq niyyətinin təqdir edildiyini qeyd edib. O, terrorizm, ekstremizm və separatizmə qarşı mübarizə, iqtisadi əməkdaşlığın inkişafı, nəqliyyat, enerji və turizm kimi sahələrin təşkilat üçün də prioritet olduğunu vurğulayıb.

Görüş əsnasında Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusunun verilməsinə dair Memorandum imzalanıb.

İmzalanma mərasimində Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Türkiyə, Qazaxıstan, Özbəkistan, Monqolustan, Tacikistan, Kambocanın səfirləri və İran İslam Respublikasının müvəqqəti işlər vəkili iştirak ediblər.

İmzalanma mərasimindən sonra çıxış edən nazir E.Məmmədyarov Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusunun verilməsinin ölkəmizə olan etimadın nümunəsi olduğunu qeyd edib və Memorandumda nəzərdə tutulmuş sahələr üzrə təşkilat ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf edəcəyinə əminliyini ifadə edib.

Dialoq Tərəfdaşı statusunun Azərbaycan və Təşkilat üçün faydalı olduğunu deyən nazir Azərbaycanın daha da yüksək səviyyədə əməkdaşlıqda əzmli olduğunu deyib. Nazir bir daha vurğulayıb ki, terrorizm, separatizm və ekstremizm kimi müasir dünyanı narahat edən təhlükələrə qarşı birgə səylərlə mübarizənin aparılması zəruridir.

Baş katib R.Alimov Memorundumun imzalanmasının təqdirəlayiq hal olduğunu deyərək, bu sənəd əsasında mövcud mexanizmlərə uyğun olaraq hərtərəfli əməkdaşlığın inkişaf edəcəyinə əminliyini bildirib.

Görüşün sonunda nazir E.Məmmədyarov tərəfindən Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinə Bakının ecazkar mənzərəsini əks etdirən rəsm əsəri hədiyyə edib.

Anlaşma memorandumuna əsasən, Azərbaycan Respublikası və Şanxay Əməkdaşlıq Təşkilatı arasında regional sabitlik və təhlükəsizliyin təşviqi, terrorizm, ekstremizm, separatizm, narkotik maddələrin qanunsuz istehsalı və dövriyyəsi, kiber cinayətkarlığa qarşı mübarizə, ticarət, sərmayələr, energetika, telekommunikasiya, kənd-təsərrüfatı, trans-regional multi-modal nəqliyyat, mədəniyyət, elm, təhsil və turizm kimi sahələrdə əməkdaşlıq nəzərdə tutulur.

1news.az

Paylaş:
1137

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər