Aydın Əliyev: “Gömrük fəaliyyətinin tam şəffaflığını təmin etmək vacibdir”
“Bu gün ölkəmiz, iqtisadiyyatımız, ölkənin iqtisadi siyasəti qarşısında mühüm vəzifələr durur”.
1news.az xəbər verir ki, bunu Dövlət Gömrük komitəsinin sədri Aydın Əliyev bu gün Bakıda keçirilən Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") təşkilatçılığı ilə "Gömrük sistemində inkişaf və gələcək perspektivlər" adlı konfransda çıxışı zamanı bidirib.
Onun sözlərinə görə artıq bir neçə ildir ki, dünya iqtisadiyyatı qeyri-stabil vəziyyətdədir.
“Dünya iqtisadiyyatı, yanacaq bazarı, neftin dünya qiymətilərindəki dəyişkənlik, müharibə və münaqişələr bu və ya digər dərəcədə dünyanın bütün öıkələrinə təsir edir. Azərbaycan da bir sıra çağırışlar, neft qiymətinin enməsi ilə qarşılaşıb. Bəzi səbəblərə görə 2015-ci ildə manatın məzənnəsi düşüb. Ona görə də bir il əvvəl Prezident İlham Əliyev bir sıra konkret tapşırıqlar verdi ki, hazırda onlar həyata keçirilir. Bu tapşırıqlar qeyri neft sektorunun inkişafı, yeni müəssisə və iş yerlərinin açılmasıdır. Bununla əlaqədar gömrük və vergi orqanlarının qarşısında mühüm vəzifələr durur, ilk növbədə DGK-nın fəaliyyətində şəffaflığın təmin olunması ”, - deyə, Gömrük Komitəsinin sədri bildirib.
O qeyd edib ki, Azərbaycan Gömrük orqanlarının işi dünya arenasına çıxarılmalıdır. Ölkəmizdə bir sıra qanunvericilik aktları qəbul olunub, o cümlədən Vergi və Gömrük Məcəllələri bura aiddir. Onların hər biri müasir dünya standartlarına uyğundur.Ən yaxın vaxtda Azərbaycan gömrük komitəsi iş səviyyəsini qaldırmağa və dünyanın əndə gedən gömrük xidməti qurumuna çevrilmək niyyətindədir”,- A.Əliyev bildirib.
1news.az