Ernst&Young: “Azərbaycanın gömrük orqanları yeni funksiyalar daşımalıdır”
“Hazırda mövcud olan şəraitdə Azərbaycanın gömrük orqanları yeni funksiyaların həyata keçirilməsinə başlamalıdır”.
1news.az xəbər verir ki, bu haqda Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) Bakıda təşkil olunan konfransında iştirak edən Ernst&Young Azerbaijan şirkətinin nümayəndəsi Arzu Hacıyeva bildirib.
Onun sözlərinə görə dünyada hazırda müşahidə olunan durum təkcə DGK qarşısında deyil, həm də digər ölkələrin gömrük orqanları qarşısında yeni tapşırıqlar qoyur.
“Bu tapşırıqlara ticarətin inkişafının stimullaşdırılması, maksimal dərəcədə münbit investisiya və biznes mühitin yaradılması, əsas mülkiyyət hüquqlarının müəyyən olunması, Bu məsələlərin həll olunması ölkədə sahibkarlığın inkişafına yardım edəcək. Ona görə də hazırda Dövlət Gömrük Komitısinin sahib olduğu funksiyalar yetərsizdir”,- A.Hacıyev bildirib.
1news.az