“Microsoft”-un Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin edilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Microsoft”-un Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin edilib – FOTO

13:02 - 14 / 03 / 2016
“Microsoft”-un Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin edilib – FOTO

“Microsoft Azerbaijan” şirkətinə yeni baş menecer təyin edilib.

Yeni baş menecer vəzifəsinə Sərxan Həşimov təyin edilib. O, bu vəzifədə Rüfət Hacıəlibəyovu əvəz edir.

Bu məlumatı 1news.az-a S.Həşimov özü təsdiqləyib.

Daha əvvəl Sərxan Həşimov Azərbaycanda SAP şirkətinə rəhbərlik edirdi. O, yeni vəzifəsinin icrasına martın 15-də başlayacaq.

Qeyd edək ki, Sərxan Həşimov – Azərbaycanın şahmat tarixində ən yaxşı şahmatçı olmuş mərhum Vüqar Həşimovun böyük qardaşıdır.

1news.az

Paylaş:
1743

Son xəbərlər

Bütün xəbərlər