Avropa İttifaqının səfiri: “Azərbaycanla çoxsaylı tvinninq- layihələr həyata keçirilib” | 1news.az | Xəbərlər
Siyasət

Avropa İttifaqının səfiri: “Azərbaycanla çoxsaylı tvinninq- layihələr həyata keçirilib”

13:14 - 15 / 03 / 2016
Avropa İttifaqının səfiri: “Azərbaycanla çoxsaylı tvinninq- layihələr həyata keçirilib”

“Avropa İttifaqı (Aİ) müttəfiq ölkələrdən ən çox Azərbaycanla tvinninq- layihələr həyata keçirib”.

1news.az xəbər verir ki, bu haqda çərşənbə axşamı Azərbaycanda Aİ nümayəndə heyətinin rəhbəri Malena Mard bildirib.

“Aİ və Azərbaycanın əməkdaşlıq müddətindən bu günə kimi 33 tvinninq –layihə həyata keçirilib. Bu digər əməkdaş ölkələrdən daha çoxdur. Hər iki tərəfin peşəkərları arasında müxtəlif istiqamətlərdə fəaliyyət həyata keçirilir”,- diplomat deyib.

Malena Mard bu gün mədəniyyət sahəsinda Azərbaycanla birgə həyata keçiriləcək yeni tvinninq-layihənin aşılışında iştirak edib.

Layihə iştirakçıları İtali və Azərbaycanın Mədəniyyət və Turizm Nazirlikləridir.

İki il davam edəcək layihə çərçivəsində Azərbaycanda mədəniyyət sahəsində idarəetmə sisteminin modernləşdirilməsi işləri nəzərdə tutulur. Aİ tərəfindən maliyyələşdirilən layihənin büdcəsi 7 milyon avdodur.

“İki il uzun müddət deyil, lakin biz maksimum səylərimizi cəmləşdirəcəyik ki, bu müddətdə ən yaxşı nəticəni əldə edə bilək. Layihə üzrə iş hadisədən –hadisəyə ardıcıllığı ilə deyil, gündəlik olaraq davam edəcək”.

“Mədəniyyət elə bir sahədir ki, burada Aİ-nin təklif edəcəyi çox şey var. Avropa İttifaqı çərçivəsində həyatın bütün sahələrinin inteqrasiya olunduğuna baxmayaraq mədəniyyət sahəsində Aİ çox zəngindir.

Bu səhədə Aİ-yə üzv olan 28 üzv ölkənin hər biri özünəməxsusluğunu qoruyub saxlamağa çalışır”,-deyə Mard bildirib.

Xatırladaq ki, mədəniyyət sahəsində idarəetmənin modernləşdirilməsi ilə bağlı layihə Avropa İttifaqının Azərbaycan Mədniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirdiyi 2-ci tvinninq –layihədir.

Ötən il tamamlanan layihə isə ölkədə turizm sektorunun inkişafı ilə bağlı olub.

1news.az

Paylaş:
1035

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər